Su arxının yanında yıxılan yaşlı kişi dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, hadisə Ucar rayonunun Lək kəndində baş verib. 1943-cü il təvəllüdlü Əliağa Cəfərov su arxının ətrafında dolaşarkən ehtiyatsızlıqdan yıxılıb və  xəsarət alıb. 

Onun həyatını xilas etmək mümkün olmayıb. 

Ehtiram Muradov