Samuxda 17 yaşlı oğlan intihar edib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Kolayır kəndində baş verib.

2004-cü il təvəllüdlü Rəhimli Nurlan Təbiz oğlu yaşadığı evdə özünü asıb.

Yeniyetmənin  hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov