Zaqatalada yaşayış evi yandı.

"Unikal" xəbər verir ki, hadisə rayonun Danaçı kəndində, kənd sakini 1949-cu il təvəllüdlü Məmmədov Mohuma Məmməd oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə Zaqatala Yanğından Mühafizə Hissəsinin yangınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 392 kvadratmetr olan yaşayış evinin 258 kvadratmetr sahəsi, tavan və çardaq hissəsi tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli