Mingəçevirdə iki avtomobil toqquşub, maşınlardan biri aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, şəhər avtovağzalının yaxınlığında baş verib. Belə ki, "VAZ 21010" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Mercedes" aşıb. Hadisə yerinə DYP, FHN və həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov