Kürdəmir rayonunda "Mercedes" markalı minik avtomobilində yanğın baş verib.

FHN-dən "Unikal"a verilən məlumata görə, rayonun Karrar qəsəbəsində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.