Abşeronda 3 otaqlı evdə yanğın olub.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının və dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.