Goranboy rayonunda qəza baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Goran qəsəbəsində yol dairəsində baş verib. Belə ki, 1966-cı il təvəllüdlü Bərdə rayon sakini Kazımov Çingiz Həbib oğlunun idarə etdiyi "VAZ" markalı maşın idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov