Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 74 ünvanında, saat 09:30 radələrində qeydə alınıb.

Belə ki, "Renault" markalı avtomobilin Allahverdi adlı sürücüsünün halı qəfil pisləşib. O, yolun kənarında dayanan "Ford" və "Mercedes" markalı avtomobillərə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, taksi avtomobili dayananda artıq sürücü dünyasını dəyişmişdi.

Azər İsrafilov