Bərdədə silah-sursat tapıb satış məqsədi ilə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək satış məqsədi ilə saxlamaqda şübhəli bilinən rayon sakini Hüseynov Alı Allahverdi oğlu silah-sursatı 600 manata satmaq istəyərkən tutulub. Ondan 1 ədəd "Kalaşnikov" avtomatı və həmin silaha məxsus 1 ədəd daraq, 56 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.