Mingəçevirdə idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Samux küçəsində baş verib. "Mersedes" markalı minik maşını işıq dirəyinə çırpılması nəticəsində  dirək və avtomobili yararsız hala düşüb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan iki nəfər 2000-ci il təvəllüdlü Tağızadə Samir Azər oğlu və 2002-ci il təvəllüdlü Hacızadə Elmir Fəzail oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bildirək ki, Elmir Hacızadə tanınmış vəkil Fəzail Hacıyevin oğludur.

Ehtiram Muradov