Azərbaycan, Almaniya və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov, Annalena Berbok və Ararat Mirzoyanın görüşdən əvvəl gəzintisini əks etdirən kadrlar dərc edilib.

"Unikal" xəbər verir ki, Berlində Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyətlərinin görüşü başlayıb. 

Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.