Bərdədə baş verən qəzada xəsarət alanların adları məlum olub.

"Unikal" xəbər verir ki, qəza zamanı 2003-cü il təvəllüdlü Abbasov Ömər Vüqar oğlu, 1996-cı il təvəllüdlü Əliyev Səxavət Novruz oğlu, 2003-cü il təvəllüdlü Allahverdiyev Elşən Arif oğlu və 1991-cı il təvəllüdlü Qasımov Elçin Nasif oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, onların müayinələri Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri orta ağırdır.

XXX

21:02

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Bərdə rayonunun Həsənqaya kəndi ərazisində qeydə alınıb. 90 DN 287 dövlət nömrə nişanlı “VAZ-2107” avtomobili ilə 99 UT 442 dövlət nömrə nişanlı “Mercedes”in toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.