Bakı ilə İrəvan arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir. 

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok özünün X sosial şəbəkə səhifəsində yazıb.

Diplomat Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Berlində sülh müqaviləsi layihəsi ilə bağlı iki günlük danışıqlarını belə şərh edib: "Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yoldadır. Biz federal hökumət olaraq, yaraların sağalması və sülhün bərqərar olması üçün hər yerdə sülh danışıqlarını dəstəkləyirik. Bu yolda atılan hər bir addım vacibdir". 

Ağarza Elçinoğlu