Şabranda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, Şabran rayonu Gəndob kəndi ərazisində "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. 

Qəza nəticəsində 1997-ci il təvəllüdlü Kazımova Xədicə Elçin qızı ölüb. 

Yaralılar 1976-cı il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı,1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu və 2023-cü il təvəllüdlü Nuray Kazımova ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca