Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmiş tədbirlər nəticəsində 2023-cü il ərzində 518 nəfər sərhəd pozucusu saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd edilib ki, sərhədboyu rejim qaydalarını pozduğu üçün 11,2 min nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Axtarışda olan 9,7 min nəfər tutulub, 264 nəfər saxta, 5 nəfər özgəsinin sənədiylə və 4 nəfər gizli şəkildə dövlət sərhədində buraxılış məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb. 159 şəxsin sənədlərinin dövlət sərhədindən keçmək üçün etibarlı olmaması aşkarlanıb.