Şabran rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib

"Unikal"ın məlumatına görə, hadisə Şabran şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Daevoo" markalı minik avtomobili "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində avtomobildə olan rayonun sakinləri 1969-cu il təvəllüdlü Allahverdiyev Əfqan Mütəllim oğlu və 1979-cu il təvəllüdlü Allahverdiyeva İ.Baləhməd qızı müxtəlif dərəcəli xəsarət alıblar. 

Yaralılar Şabran rayon Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca