Şabran-Xaçmaz yolunda avtomobilin aşması nəticəsində xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində "VAZ-2106" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. 

Qəza nəticəsində Xaçmaz rayon sakini - 1964-cü il təvəllüdlü Polaq Qasımov və Salyan rayon sakini - 1993 -cü il təvəllüdlü Tural Zeynallı müxtəlif bədən xəsarətləri ilə Şabran rayon mərkəzi xəstəxanasına aparılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca