"Bu il Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzulidə, həmçinin azad edilən digər bütün ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək".

"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

"Həmin vaxta qədər də o yerlərə vətəndaşların köçürülməsi prosesi davam edəcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”, - deyə MSK sədri bildirib.