Martın 7-də Xətai Rayon Məhkəməsində “Abzas Media” işi üzrə həbs edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddətlərinin uzadılması ilə bağlı təqdimata baxılıb.

"Unikal" xəbər verir ki, istintaq orqanının hər iki şəxslə bağlı verdiyi təqdimat təmin olunub və onların həbs müddəti daha 3 ay - iyun ayının 13-nə qədər uzadılıb.