Sumqayıt şəhərində ümumi sahəsi 25 m² olan tikilinin (fəhlələrin soyunub-geyinməsi üçün istifadə olunur) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.