Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

"Unikal" xəbər verir ki, günün yeganə oyununda "Səbail" və "Sumqayıt" komandaları üz-üzə gəliblər.

"ASCO Arena"da keçirilən matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 39-a çatdıran "Sumqayıt" ikinci pilləyə yüksəlib.