“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin təsnifat mərhələsinin qalibi olub.

"Unikal" xəbər verir ki, Ciddə şəhər trasında keçirilən yarışda ikinci yeri “Ferrari” komandasından Çarlz Lekler tutub.

Üçüncü yerin sahibi isə “Red Bull” komandasının meksikalı pilotu Serxio Peres olub. Əsas yarış martın 9-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.