Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" Türkiyə Superliqasında 29-cu tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Adana təmsilçisi səfərdə "Konyaspor"la qarşılaşıb. Matç 2:2 hesabı ilə yekunlaşıb.

Şahruddin start heyətdə meydana çıxıb və sonadək oynayıb. 29 yaşlı qolkiper 72-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Adana Demirspor" 29 turdan sonra 36 xalla 10-cu pillədə qərarlaşır.