Gəncədə piyadanı maşın vururaq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı minik maşını yolu keçmək istəyən 1947-ci il təvəllüdlü Qəsibə Vəliyevanı vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov