Sədərək rayonunda yük maşını dərəyə aşıb.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraağac yolunda baş verib.

Belə ki, Eldəniz Nağıyevə məxsus yük maşını idarəetməni itirərək yol kənarında yerləşən dərəyə aşıb. Xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.