Mingəçevirdə piyadanı maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.

"Hyundai" markalı avtomobil yolu keçmək istəyən piyada - 2004-cü il təvəlüldlü  Uğurluyev Eldar Kamil oğlunu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov