Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Ozan küçəsində baş verib. Hərəkətdə olan iki minik maşını toqquşub. Qəzadan sonra minik maşınlarının biri yoldan çıxaraq aşıb. Yol qəzası zamanı 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov