Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda xəsarətlə nəticələnən yol qəza olub.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə sözügedən yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində Bakı şəhəri sakinləri, 1981-ci il təvəllüdlü Bəhruz Allahverdiyev və 1988-ci il təvəllüdlü Cavid Quliyev müxtəlif bədən xəsarətləri alıb.

Hər iki yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.