"Vergi işçilərinin də andiçməsi nəzərdə tutulub. Vergi işçiləri nəyə and içəcəklər? Qurana yoxsa konstitusiyaya əl basıb and içəcəklər?"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bu sahədə olan dəyişikliklər müsbətdir: "Vergi işçilərinin şəffaf işləməsi üçün müəyyən qədər imkanlar yaradır".

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva isə suala cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına and içiləcək.

Anar Kəlbiyev