"Dəyişikliklərin maliyyə tutumu 4,9 milyon manatdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, vəzifə maaşları və vəzifə maaşlarına əlavələr müəyyən olunarkən Maliyyə Nazirliyi ilə danışıqlar aparılır: “Bu dəyişikliklər maliyyə ekspertizasından keçir. Faktiki vergi orqanlarında çalışan vəzifəli şəxslərin (Naxçıvan istisna olmaqla) sayı 2718-dir. Bütün sosial təminatla bağlı fəslin tətbiq olunacağı halda dəyişikliklərin maliyyə tutumu 4,9 milyon manatdır”.

Anar Kəlbiyev