Avropa Parlamenti dünən Aİ ilə Ermənistan arasında daha sıx əlaqələrin və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının zəruriliyi ilə bağlı qətnamə qəbul edib. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, sənəd lehinə 504, əleyhinə 4, bitərəf 32 səslə qəbul edilib: "1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq, qətnamə Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə sarsılmaz dəstəyi ifadə edir. O, həmçinin Ermənistan və Azərbaycan arasında sülh səylərini dəstəkləyir. 

Bu cür mesajlara hökumətdən və ya parlament çoxluğundan daha geniş reaksiya lazımdır. Eyni zamanda, mən hökumətin Ermənistan-Aİ əlaqələrinin daha da dərinləşməsi və inkişafı istiqamətində işi davam etdirmək iradəsini ifadə etməliyəm". 

Ağarza Elçinoğlu