Bakı noyabrda COP 29-a ev sahibliyi edəcək.

"Unikal" xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yazıb.

Baş nazirin sözlərinə görə, Azərbaycan bu çətinliyin öhdəsindən layiqincə gələcək: "Biz qlobal emissiyaları azaltmalıyıq. Böyük Britaniya neft və qaz istehsalçısı kimi Paris öhdəliklərinə sadiqdir. Biz iqlim dəyişikliyi ilə mübarizə üçün trilyonlarla maliyyə cəlb edəcək iddialı nəticələrə nail olmalıyıq. Azərbaycan, BƏƏ və Braziliyanın bu sahədə birgə fəaliyyətini də alqışlayırıq". 

Rişi Sunak qeyd edib ki, Böyük Britaniya Xəzər dənizi üzərindən yeni nəqliyyat əlaqələrini dəstəkləyir: "Biz COP29 ilə bağlı Azərbaycanı dəstəkləməyə davam edirik. İnanıram ki, COP29-a qədər Azərbaycan və Ermənistan sülhə nail olacaqlar".

Ağarza Elçinoğlu