"Türk Ulduzları"na məxsus F-5 tipli təlim təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, qəza Türkiyənin Konya vilayətində baş verib. Təyyarə Konya 3-cü Əsas Jet Bazasına enərkən naməlum səbəbdən qəza edib. 

Mayor pilot Şükrü Gümüş paraşütlə tullanaraq sağ qala bilib. O, Səlcuq Universiteti Tibb Fakültəsi Xəstəxanasına çatdırılıb. 

Qeyd olunub ki, təyyarənin düşdüyü yerdə operator çalışan bir hərbçi şəhid olub. 

Ağarza Elçinoğlu