Gürcüstanın baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycana, gələn həftə isə Ermənistana səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin rəhbəri jurnalistlərlə söhbətində bildirib. 

O qeyd edib ki, qonşularla münasibətlərin dərinləşdirilməsi onun əsas prioritetlərindən biridir.

"Təsadüfi deyil ki, Brüsselə səfərlərdən sonra qonşu ölkələrdə də görüşlər keçiriləcək. Şənbə günü Azərbaycana, bir həftə sonra isə Ermənistana səfər olacaq. Biz ikitərəfli əməkdaşlıqla bağlı bütün məsələləri müzakirə edəcəyik", - deyə Kobaxidze bildirib.

Gürcüstanın Baş naziri sülhün təmin olunmasının vacibliyini qeyd edərək, Cənubi Qafqazda sabitliyi təşviq etməyə hazır olduğunu bildirib.

*** 16:10

Gürcüstanın baş naziri İrakli Kobaxidze ilk regional səfərini Azərbaycana edəcək. 

"Unikal" gürcü KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Gürcüstanın baş naziri Bakıda bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək və Gürcüstan-Azərbaycan münasibətlərini müzakirə edəcək.

Ötən ay o, ilk xarici səfərini Brüsselə edib. Kobaxidzenin Azərbaycana ikinci, region ölkələrinə isə birinci səfəri olacaq.

Ağarza Elçinoğlu