Təəssüf ki, Ermənistan Avropa ilə müttəfiqlik yolu ilə gedir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə məsələləri üzrə komitəsinin sədr müavini Yuri Şvitkin deyib. 

O, Paşinyanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək istəyi ilə bağlı sözlərinə belə cavab verib: "Ermənistanın Avropa ilə müttəfiqlik yolunu tutması təəssüf doğurur. Paşinyan hansı kresloda oturacağına qərar verməlidir, sadəcə olaraq hər ikisində oturmaq mümkün deyil və o, dəqiq qərar verməlidir. Biz Ermənistan xalqında müttəfiq dövləti, bizimlə həmişə dostluq münasibətində olan müttəfiq xalqı görürük və İrəvanı düzgün istiqamətə çevirmək yalnız münasibətlərin yaxşılaşmasına və gələcək əməkdaşlığa gətirib çıxaracaq". 

Ağarza Elçinoğlu