"NATO Azərbaycanla güclü tərəfdaşlıq əlaqələri qurmağa çalışır".

"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. 

Onun illik hesabatında Cənubi Qafqaz regionu və Ermənistan-Azərbaycan münasibətlərinə də toxunulur: "NATO həm Ermənistanı, həm də Azərbaycanı müxtəlif mövcud formatlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətə çağırır və humanitar məsələlərin həllinin vacibliyini vurğulayır. Eynilə, NATO inkişaf və fərdi seçilmiş assosiasiya proqramları vasitəsilə hər iki ölkə, Ermənistan və Azərbaycanla daha güclü tərəfdaşlıq əlaqələri qurmağa çalışır. NATO regiondakı tərəfdaş ölkələrin ərazi bütövlüyünü, siyasi müstəqilliyini və suverenliyini dəstəkləyir". 

Ağarza Elçinoğlu