LUKOIL-in vitse-prezidenti Vitali Robertus ölüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı Robertus öz kabinetində intihar edib.

Robertusun cəsədi “Lukoil”un Moskvanın Sretenski bulvar küçəsində yerləşən ofisində tapılıb.

Qeyd olunub ki, Robertus bir müddət zənglərə cavab verməyib. Şirkətin böyük prezidenti Oleq Paşayev Robertusun ofisində olmasına baxmayaraq, telefon zənglərinə cavab verməməsindən narahat olub və onun otağına gedib. Paşayev içəri keçib, Vitali Robertusun tualetdə iplə asılmış meyitini aşkar edib.

Ağarza Elçinoğlu