NATO Baş katibi Yens Stoltenberq yaxın gələcəkdə Gürcüstana səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Stoltenberq bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, Gürcüstanın NATO üçün dəyərli tərəfdaş olduğunu, bütün Avropa ölkələri kimi öz yolunu seçmək hüququ olduğunu vurğulayıb.