Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri zamanı Moskvada təhlükəsizliyi 18,5 min nəfər təmin edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Moskva merinin portalı məlumat yayıb.

"Martın 15-dən 17-dək Rusiyada keçiriləcək prezident seçkiləri zamanı Moskvada ictimai asayiş hər gün 18,5 mindən çox insan tərəfindən təmin ediləcək", - məlumatda deyilir.

Portalın məlumatına görə, seçki məntəqələri martın 15, 16 və 17-də saat 08:00-dan 20:00-dək açıq olacaq.

Nuranə Abbasova