Anqolada cadugərlik testi edən 50 nəfər ölüb. 

"Unikal" "Daily Mail"ə istinadən xəbər verir ki, ölənlər qara sehrlə məşğul olmaq üçün naməlum maye içməyə məcbur ediliblər. 

Kamakupa şəhərində baş vermiş hadisə zamanı qaranlıq qüvvələri ilə əlaqə sınağı icmanın ağsaqqalları tərəfindən həyata keçirili. 

Mayenin tərkibinə tam olaraq nə daxil olduğu məlum deyil.

Qeyd edək ki, Anqolada belə bir ritual geniş yayılıb, lakin son vaxtlar belə hadisələrin sayı artıb və hüquq-mühafizə orqanlarının əməkdaşları onların qarşısını almağa çalışırlar. Hazırda Anqolada sehr tətbiq etməyi qadağan edən heç bir qanun yoxdur.

Nuranə Abbasova