"Brent" markalı neftin Londonun "ICE" birjasında may fyuçerslərinin qiyməti 2023-cü il noyabrın 7-dən bəri ilk dəfə 85 dollar/barel keçib.

"Unikal" xəbər verir ki, bu barədə ticarət platformasından məlumat verilib.

Məlumata əsasən, "Brent" markalı neftin qiyməti 1,37 faiz artaraq 85,1 dollar/barel təşkil edib.

Eyni zamanda, "WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti 1,69% artaraq 81,2 dollar/barelə çatıb.