Hindistanda işgüzar səfərdə olan Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan Hindistanın müdafiə nazirinin hərbi sənaye üzrə müavini Anuraq Bacpa ilə görüşüb.

"Unikal" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, ermənistanlı məmur həmçinin Hindistan Müdafiə Nazirliyinin Baş katibi Veşveş Neqi, Hindistan Xarici İşlər Nazirliyinin katibi Pavan Kapur və Hindistanın Baş naziri yanında Milli Təhlükəsizlik Şurası katibinin hərbi müşaviri Sandip Sinq ilə də müzakirələr aparıb.
Tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın Hindistana səfəri 11-14 mart tarixlərində baş tutub.