Perunun Puerto Maldonado şəhəri yaxınlığında yaquar bələdçi ilə cığırla gedən bir qrup turistə hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə "The Sun" xəbər yayıb. 

Hadisə Puerto Maldonado şəhəri yaxınlığında cəngəllikdə gəzinti zamanı baş verib. Yaquar əvvəlcə insanları təqib edərək onları uzaqdan izləyib. Qorxmuş turistlər qışqırmağa və yüksək səslər çıxarmağa başlasalar da, yırtıcı onlara cumub. 

Yaquar vəhşi pişiyi bıçaqla vuran bələdçini yaralayıb.