ABŞ-nin keçmiş maliyyə naziri Stiven Mnuçin Çinin ByteDance şirkətindən "TikTok" sosial şəbəkəsini almaq üçün investorlar qrupu yaradır.

"Unikal" xəbər verir ki, bu barədə o, CNBC-yə müsahibəsində deyib.

O, sövdələşməni ABŞ Nümayəndələr Palatasının Senatda təsdiqlənəcəyi təqdirdə "ByteDance"ı ya TikTok-dan qurtulmağa məcbur edəcək, ya da ABŞ-də sosial şəbəkənin bloklanması ilə üzləşəcək qanun layihəsinin qəbulu fonunda hazırlamağa başlayıb.

“Düşünürəm ki, qanun qəbul edilməli və məncə, o "TikTok" satılmalıdır. Bu, əla biznesdir və mən "TikTok"u almaq üçün bir qrup investorları bir araya gətirəcəyəm”, - deyə keçmiş nazir bildirib. 

Mnuçin 2017-ci ilin fevralından 2021-ci ilin yanvarınadək Donald Trampın prezidentliyi dövründə ABŞ Xəzinədarlığına rəhbərlik edib.

Nuranə Abbasova