Fransa Ukraynada hərbi əməliyyatlarda heç vaxt təşəbbüs göstərməyəcək.

"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron "France 2" telekanalına müsahibəsində deyib.

“Biz heç vaxt hücuma keçməyəcəyik, heç vaxt təşəbbüs göstərməyəcəyik”, - deyə o, Fransa ordusunun Ukraynaya hansı şərtlərlə göndərilə biləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib..

Eyni zamanda Makron qeyd edib ki, hazırkı münaqişə Avropa və Fransa üçün ekzistensial əhəmiyyət kəsb edir.

Dövlət başçısı, həmçinin etiraf edib ki, Ukrayna Silahlı Qüvvələri cəbhədə çətin vəziyyətlə üzləşib və əks-hücum gözlənildiyi kimi olmayıb.