"2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 mlrd. ABŞ dolları artaraq 68,5 mlrd.dollar təşkil edib və xarici dövlət borcunu 10 dəfədən çox üstələyir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir qeyd edib ki, 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd.ABŞ dolları olmuş və ÜDM-in 8,9%-ni təşkil edib.

Anar Kəlbiyev