UEFA Türkiyə Superliqasının "Fənərbaxça" klubunu cəzalandırıb.

"Unikal" xəbər verir ki, UEFA-nın saytında yer alan açıqlamada "Yunion Sent-Julliaz"la səfər matçında yanan məşəl və sahəyə atılan əşyalar səbəbilə "sarı-lacivərdli" azarkeşlərin 3 səfər matçına buraxılmayacağı bildirilib.
"Fənərbaxça" Konfrans Liqasında finala yüksələrsə, bu matçda cəza keçərli olmayacaq və son 1 oyunluq cəza növbəti mövsümün ilk Avropa matçına qədər uzanacaq.

Qeyd edək ki, UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsində "Fənərbaxça" Yunanıstanın "Olimpiakos" klubu ilə cütləşib. Cütün ilk oyunu aprelin 11-də səfərdə, cavab görüşü isə aprelin 18-də İstanbulda keçiriləcək.