Şəkidə avtomobil yanıb.

"Unikal" xəbər verir ki, yanğın Şəki şəhər 20 yanvar küçəsində 1958 ci il təvəllüdlü Əliyev Əkrəm Muxtar oğluna məxsus avtomobildə baş verib. Yanğın yerinə FHN əməkdaşları və texnikaları cəlb olunub.

Yanğın zamanı  "VAZ-2106" markalı 55-BC-977 dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli