2024-cü ilin fevral ayında hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri cari ilin yanvar ayı ilə müqayisədə 12.3% artıb.

“Unikal” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-fevral aylarında hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% azalıb.

Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində hava nəqliyyatı ilə 493,7 min və ya 48,4% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 22,5% artaraq 63,1 min ton olub.