Azərbaycanda ilk dəfə olaraq cəzaçəkmə müəssisəsində üz tanıma sistemi yaradılıb. 

"Unikal" xəbər verir ki, sistem ilk olaraq Penitensiar Xidmətin yeni tikilmiş Lənkəran Penitensiar Kompleksinin cəzaçəkmə müəssisəsində quraşdırılıb. 

Sistemin quraşdırılmasında məqsəd müəssisədə cəza çəkən məhbusların təhlükəsizliyini təmin etməkdir. Belə ki, müəssisənin bir korpusunda cəza çəkən məhbus digər korpusa daxil olarsa, bu zaman üz tanıma sistemi işə düşür. Sistem həmin şəxsin bu korpusa aid olmadığını aşkarlayır və dərhal həyəcan siqnalı işə düşür.

Anar Kəlbiyev